Haqqımızda
Qafqazın incisi, Anadolunun Şərqə və Qərbə açılan qapısı olan şəhərimiz Qarsın mədəni irsi içərisində, tarixi Qars qalasının dərhal qarşısında yerləşir. Təxminən 150 il əvvəl Axısqa türklərinin məskunlaşma mərkəzi olan bu bölgədə yerləşən otelimiz, Baqratlılar, Saltuklular və Osmanlıların inşa etdiyi möhtəşəm abidələri ilə seçilən minillik tarixi Harakani Külliyəsinə cəmi 50 metr məsafədədir.
Tarix qoxuyan, milli-mənəvi və ümumbəşəri mədəni irsin tam mərkəzində yer alan Axısqa Palas yüz illik daş körpülərə, hamamlara və Qars çayına 100 metr məsafədədir. Min ildən bəri ümumbəşəri mədəni dəyərləri sinəsində daşıyan şəhərimizə gələn qonaqlarımıza xidmət göstərmək üçün Axısqa Palas gülərüz kollektivi ilə sizi gözləyir.